Polşanın Baş naziri Donald Tusk əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın hökuməti məlumat yayıb.
“Baş nazir Donald Tusk planlaşdırılmış tibbi əməliyyat keçirib. O, noyabrın 13-ü çərşənbə günü rəsmi vəzifəsinə qayıdacaq”, - deyə mərkəzin açıqlamasında bildirilir.
Qeyd olunub ki, səhhəti ilə bağlı yaranan problemə görə Baş nazir vəzifəsini müvəqqəti dayandırıb.