AZ

Tbilisidə etirazlar davam edir - Nəqliyyat hərəkəti bağlandı

Tbilisidə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə qarşı müxalifət yenidən etiraz aksiyaları keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın "Adjara" telekanalı məlumat yayıb.

Bildirlir ki, Azadlıq meydanına yüzlərlə insan toplaşıb. Müxalif siyasətçilər və fəallar sahilə doğru hərəkət edərək nəqliyyatın hərəkətini bağlayıblar. Onlar Gürcüstanda təkrar seçkilərin təyin edilməsini tələb edirlər.

Qeyd olunur ki, polis aksiyaçılara müdaxilə etmir, aksiya dinc şəraitdə keçirilir.


Müəllif: Arzu
Seçilən
160
13
teleqraf.com

10Mənbələr