Qubanın Küpçal kəndində yaşayan, "Şəhid ailələrinə qayğı" cəmiyyətinin sədri Zaur Gülməmmədovun əkizləri həyat yoldaşı ilə evluliklərinin 9-cu ilində dünyaya gəlib.
Məlumatı Bizim.Media-ya Zaur Gülməmmədovun özü təsdiqləyib.
Bildirib ki, Qubanın Qələdüz kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyən həyat yoldaşı Ofeliya ilə neçə ildi övlad yolu gözləyirdilər:
"Qızlarım Zəfər günü, noyabrın 8-də Bakıda özəl xəstəxanaların birində doğulub. Həmin gün mənə ikiqat bayram oldu. Həm Zəfər bayramını qeyd etdim, həm də çoxdan gözlədiyim ata adını daşımağa başladım".
Zaur Gülməmmədov əslən Xocavənd rayonunun Kurapatkin kəndindəndir. Birinci Qarabağ Müharibəsində həm öz kəndi, həm də Ağdam, Füzuli, Şuşa döyüşlərində iştirak edib.
O, hazırda Qubada yaşamağını təsirli bir hafisənin yaratdığı təsadüfdən sonra yaşamalı olduğunu da vurğulayıb.
Bildirib ki, Qubadakı erməni vəhşiliyinin canlı sübutu olan kütləvi məzarlıqda yerləşən Soyqırım Memorial Kompleksində tədbir zamanı bir uşaq ağlaya-ağlaya çox təsirli bir şeir dedi, mən çox duyğusal oldum. Bu uşağın müəllimi ilə maraqlandım. Uşağın müəllimi Ofelya müəllimə idi. Onunla tanış olub təşəkkür elədim. Və özümüz də bilmədən münasibətimiz alındı və biz evləndik. Hələlik Qubanın Küpçal kəndində yaşayırıq, özümüz ev tikmişik.
Zaur və Ofeliya Gülməmmədovlar qızlarını Dəniz və Dərya adlandırıblar. Körpələrin atası erməninin daş üstə daş saxlamadığı, viran günə qoyduğu doğma Kurapatkin kəndinin bərpa olunandan sonra ailəlikcə ora köçmələrini səbrsizliklə gözləyir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta