ABŞ-ın keçmiş prezidenti Barak Obama Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən itəcək.
Ölkə.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə bioqraf Devid Qarrou deyib.
“Mən Obama və ailəsinin yanvarın əvvəlindən başlayaraq Vaşinqtonda daha az vaxt keçirəcəyini gözləyirəm”, - ekspert bildirib.
Onun fikrincə, Obama siyasi səhnədən xeyli uzaqlaşacaq, məşhurlarla vaxt keçirəcək, Massaçusets ştatı sahillərində, milyonçu Marta Vinyard adasında yaşayacaq.
“Onlar heç bir maddi təzyiq altında deyillər”, - Qarrou vurğulayıb.