"Tramp hər iki tərəfə danışıqların aparılması üçün təzyiq edəcək və Ukrayna müharibəsinin sona yetməsi Koreya müharibəsinin bitməsinə bənzəyəcək..."
Amerika hakimiyyəti Ukraynada müharibənin danışıqlar yolu ilə bitəcəyini zorla qəbul etdirə bilməz.
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq Baş Komandanı, ABŞ Hərbi-Dəniz Qüvvələrinin ehtiyatda olan admiralı Ceyms Stavridis CNN telekanalının efirində bəyan edib. Məlumatı "news.ru" nəşri yayıb.
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi ABŞ-ın yeni seçilmiş prezidenti, respublikaçı Donald Trampın təzyiqi ilə danışıqlar yolu ilə sona çata bilər və Rusiya diktatoru Vladimir Putin artıq Ukraynanın zəbt etdiyi ərazisinin bir hissəsini əldə edə bilər, Stavridis proqnoz verib.
Onun sözlərinə görə, o, Trampın vəd etdiyi kimi Ukrayna müharibəsinə 24 saat ərzində son qoya biləcəyinə ümid edir. Admiral əlavə edib ki, o zaman Trampın Nobel Sülh Mükafatına təqdim edilməsinə ilk olaraq səs verəcək.
"Düşünürəm ki, Tramp
danışıqlar masası arxasında əyləşmək üçün hər iki tərəfə təzyiq edəcək və bu, Koreya müharibəsinin (Koreya yarımadasının Şimal və Cənub hissəsi arasında müharibə) bitməsinə bənzəyəcək", - o, deyib.
Stavridis qeyd edib ki, Ukrayna ərazisinin böyük hissəsi Kiyevin nəzarəti altında qalacaq.
"Təəssüf ki, gerçəkdə Putin nəticə etibarilə Ukraynanın hazırda zəbt etdiyi 20 faiz ərazisini əldə edəcək, digər 80 faizi, bütün bu resurslar, əhalinin əksəriyyət hissəsi demokratik və azad olaraq qalacaq".
Sonradan Stavridis "Newsweek" nəşrinin Trampın hakimiyyətə gəlişindən sonra danışıqların nə qədər davam edə biləcəyi barədə sualını cavablandırıb. "Atəşkəs və məsələnin son nizamlanması aylar çəkəcək. Ukraynanın NATO-ya qəbulu iki ilə həyata keçirilə bilər", - o, proqnoz verib.
Eyni zamanda admiral vurğulayıb ki, ABŞ müharibənin danışıqlar yolu ilə başa çatdırılmasını zorla qəbul etdirə bilməz, bu barədə ukraynalı və rusiyalılar razılığa gəlməlidir.