AZ

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

Bakı. Trend:

Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər vəilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərginin açılışıkeçiriləcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Milli Xalça Muzeyi məlumat yayıb.

Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi vəAzərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baştutacaq.

Ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədimxalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm roloynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı,ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütüngözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasirsənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda vətexnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətiniiqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzininəhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitinmühafizəsinə səsləməkdir.

“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş ƏrəbƏmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəridəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvinaxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq.Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni vəteleviziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəriyer alacaq.

Sərgidə həmçinin North Park Universitetinin professoru NnennaOkorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın,rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinintəsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və FaiqƏhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar MəmmədRəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva vəBilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbininşagirdlərinin müəllifi olduğu, şüşə, yun, metal, bioplastik,tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəliftullantılardan hazırlanmış bir-birindən fərqli sənət nümunələri yeralacaq.

Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı,Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsindətoxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıldünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi dəbaş tutatcaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin QadınlarBirliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər.

Sərgi noyabrın 30-dək davam edəcək.

Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz.

https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1

Seçilən
16
2
az.trend.az

3Mənbələr