AZ

Qarabağda müharibə bitibmi? - Ermənistan qaynayır...

Ermənistan aqressor tərəf olaraq yenidən Qərbin istək və sifarişlərini yerinə yetirmək üçün silahlanmağa davam edir. Rəsmi İrəvanın istər son davranışları, istərsə də Azərbaycanla şərti sərhəddəki fəallaşması hər an yeni bir savaşın başlamaq ehtimalının yüksək olduğundan xəbər verir.

Bununla bağlı hərbi ekspert İlqar Əliyev Titul.az-a danışıb.

O qeyd edib ki, hələ savaşımızın yekunlaşdığını demək olmaz:

"Müharibəni dövlət və millət aparır, ordu isə sadəcə müharibəni aparma vasitələrindən biri və ən əsasıdır. Ordu, onun qarşısında qoyulmuş vəzifəni müvəfəqiyyətlə yerinə yetirdi. Ordu savaş meydanında qələbə qazandi. 

Müharibənin məqsədi qələbədirmi? Deyil! 

Müharibənin məqsədi aqressoru yüz illiklərlə sülhə və əminamanlığa məcbur etmək, onu gələcəkdə revanşist addımlar atmaq əzmini qırmaq  və ərazi iddialarından əl çəkməsinə nail olmaqdır. 

Buna nail olmuşuqmu? Xeyir! 

Qələbəmiz var, lakin müharibəmiz hələ bitməyib. Müharibənin yalnız aktiv fazası (Hərbi əməliyyatlar) bitib. Artıq söz diplomatiyanındır. Biz isə hər an tətikdə olmalıyıq".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
24
1
titul.az

2Mənbələr