AZ

 "USCAN: "Yerli xalqların İqlim Sammitinə baxışı" konfransı baş tutub

"İqlim fəlakətləri ilə mübarizə aparan ölkələri maliyyə məsələlərindən çox bu təhdidlərin təsirindən necə qorunmaq düşündürür."

Bakıvaxtı.az xəbər verir ki, bu sözlər COP29 çərçivəsində keçirilən "USCAN: Yerli Xalqların İqlim Sammitinə Baxışı" adlı mətbuat konfransında ifadə edilib:

"Bu gün hər kəs iqlim dəyişikliyi faktoru ilə mübarizə aparır. Biz nəyi necə edəcəyimizi düşünürük. İcmalar COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində ayrılan maliyyələrdən xəbərdar olmalıdır".

Həmçinin çıxışçılar vurğulayıb ki, COP29 ölkələrin effektiv maliyyə mexanizmləri tapmaq üçün ən uyğun platformadır:

"İqlim dəyişikliyinin həlli üçün irəli sürülən tədbirlər və maliyyə mexanizmləri hər bir ölkə və planetin bütün sakinləri üçün əlçatan olmalıdır. Əminəm ki, COP29 tərəfləri bu sahədə ən uyğun maliyyə vasitələrini tapmaq məqsədilə ciddi işlər görəcək. Bu elə bir problemdir ki, bütün dövlətlər siyasi ambisiyalarını bir müddətlik də olsa kənara qoyub bu məsələyə fokuslanmalıdır".

Çıxışçılar beynəlxalq münasibətlər sisteminin doğru şəkildə qurulmasının  dünyanın təhlükəsizliyində önəmli faktor olduğunu diqqətə çatdırıb:

İqlim maliyyəsindən bəhs edərkən, trilyonlarla dollar dəyərində bir məbləğ nəzərdə tutulur. İqlim fəlakətləri ilə mübarizə aparan dövlətlərin əsas diqqəti də bu mövzuya yönəlib. . Düşünürük ki, insanlar COP29 çərçivəsində müəyyən olunacaq iqlim maliyyəsi miqdarından xəbərdar olmalıdırlar. Biz iqlim dəyişikliyi ilə mübarizə apararkən gələcək nəsilləri də nəzərə almalıyıq".

Konfransın sonunda jurnalistlərin sualları cavablandırılıb.

Əli Hüseynov

Seçilən
23
bakivaxti.az

1Mənbələr