AZ

Dövlət buralara niyə pul ayırır ki?.. - HƏQİQƏTƏN DƏ...

DövlətKeçən həftə açıqlanan rəqəmlərdən aydın oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3,078 milyon manat xərclə başa vurub, 2022-ci ildə eyni göstərici 2,546 milyon manat olub.Ötən il Milli Observatoriyanın xidmətlərin göstərilməsindən gəlirləri 2 min manat, əmək haqqı və onunla bağlı xərcləri 2,555 milyon manat (20,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 58 min manat (2,2 dəfə çox), icarə öhdəlikləri üzrə xərcləri 348 min manat (0,3 % çox), inzibati xərcləri 120 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənati isə 1 min manat təşkil edib. Ümumi olaraq 2023-cü ili 422 min manat məcmu gəlirlə başa vurub.Bu il yanvarın 1-nə Milli Observatoriyanın aktivləri 3,022 milyon manat olub ki, ötən illə müqayisədə 14,1 % çoxdur. Hesabat dövrünə qurumun öhdəlikləri 3,4 dəfə azalaraq 20 min manata düşüb, balans kapitalı isə 16,3 % artaraq 3,002 milyon manata çatıb.Yəni açıqlanan rəqəmlərdən də aydın olur ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ziyandadır və bu qurum dövlət büdcəsi üçün artıq xərc, məsrəf hesab olunmaqdadır.Qeyd edək ki, sözügedən təşkilat Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik hüquqi şəxsdir.Amma aşağıdakı fotolardan aydın olur ki, sözügedən dövlət qurumu heç də nəzərdə tutulan vəzifəsi ilə məşğul olmur...DövlətDövlətBəli, dövlət büdcəsinə yükə çevrilən Milli Observatoriyanın əməkdaşları bekarçılıqdan nərd yarışı keçirirlər. Qeyd edək ki, bu məlumat keçən həftə "DİA-AZ"a göndərilsə də, ictimailəşdirmədik. Düşündük ki, hər halda, hansısa dövlət qulluqçularının da istirahət haqqı var. Amma yuxarıdakı hesabatı görüncə aydın oldu ki, hər kəsin istirahət haqqı olsa da, BÜTÜN İLBOYU İSTİRAHƏT EDƏNLƏRİN belə bir haqqı olmamalıdır.Qeyd edək ki, "DİA-AZ"a verilən məlumatda o da bildirilirdi ki, nərd çempionatında uduş fondu müvafiq olaraq qalibə - 300 manat, ikinci yerin sahibinə = 200 manat, üçüncü yerin sahibinə isə - 100 manat təşkil etmişdir... Yəqin ki, müftəyeyənlər bu pulları da dövlətimizin ayağına yazıblar...

Seçilən
13
yenisoz.az

1Mənbələr