Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb. İclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.
Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir. Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.
Mətləb