AZ

“Saxalin adası” məqaləmi onun istəyi ilə yazdım"- İbrahim Nəbioğlu

Jurnalist İbrahim Nəbioğlu feysbuk səhifəsində maraqlı paylaşım edib.

News365.az xəbər verir ki, jurnalist “Saxalin adası” məqaləsindən yazıb.

Zülfüqar bir axşam messengerdən yazdı ki, neynirsən.
Haruki Murakaminin “1Q84” kitabı yenicə çıxmışdı.
“Murakaminin detektiv janrındakı sevgi romanını oxuyuram” dedim.
Yazışmanı dayandırıb zəng eldərək “Ay brat, sən sevgi romanı oxuyan yaşdasan ki?” dedi gülərək. Ona gilyakilərdən dedim, Murakaminin romanda Çexovun “Saxalin adası” kitabından bəhs etdiyindən danışdım. Yamanca maraq oyatdım onda, “bu haqda yazsan mən də oxuyaram, maraqlıdır” dedi.
“Saxalin adası” məqaləmi onun istəyi ilə yazdım.
Elçinə (Şıxlı) göndərdim, gilyakilərə bayıldı.
12 dekabr 2016-da “Ayna”da çıxdı.
FB-da paylaşıb, altında da yazdım ki, Saxalinə köçəcəm, Yaponiya sahilləri ilə arasında cəmi 40 km məsafə var. Bəzi izləyicilərim inandılar zarafatıma…
Bir həftə sonra gecə Zülfüqar mənə aşağıdakı şeiri göndərdi:
SAXALİNƏ GEDƏCƏM
İbrahim Nəbioğluya ithaf olunur
Saxalinə gedəcəm...Bəlkə orda qalacam,
İstanbuldan bezmişəm, saxalinli olacam
Saxarintək sevəcək saxalinlilər məni,
Bir də gördüz çağırdı ordan çinlilər məni…
Yaponlara deyəcəm “asta olun urusnan”
Kəsəmmədik yolunu Qafqaznan, Elbrusnan
Xəngəl suşi olacaq, rakı sake olacaq,
Mənim təzə Qazağım – Naqasaki olacaq...
Zülfügar Rüfətoğlu
London, 21.12.16
***
Aradan 8 il keçib. İndi görürəm ki, Zülfüqar da elə gilyakilərə – tayqada (oxu: həyatda) öz yolu ilə gedən aborigenlərə bənzəyirmiş…
Seçilən
7
news365.az

1Mənbələr