AZ

Romadakı Trevi fəvvarəsində turistlər üçün portativ körpü quraşdırılıb

İtaliyanın paytaxtı Romanın ən məşhur simvollarından biri olan Trevi fəvvarəsində turistlərin buradakı heykəlləri yaxından görmələri üçün ərazidə portativ körpü quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Romada dekabrdan etibarən qeyd olunacaq Müqəddəs Yubiley İli çərçivəsində hazırda fəvvarədə təmir-bərpa işləri aparılır. Roma Bələdiyyəsi fəvvarəni adi vəziyyətini görmək arzusu ilə şəhərə gələn və onu görə bilməməkdən məyus olan turistlər üçün bu addımı atıb. Aparılan işlərlə əlaqədar fəvvarənin hovuzunun suyu boşaldılıb. Lakin portativ körpü sayəsində ziyarətçilərə buradakı heykəlləri yaxından görmək imkanı əldə edirlər.

Fəvvarədə aparılan təmir-bərpa işlərinin Yeni il bayramına kimi başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, burada sonuncu dəfə belə hərtərəfli bərpa işləri 2014-cü ildə aparılıb və il yarım davam edib. Tarixi Trevi fəvvarəsi Romanın hər il milyonlarla turistin ziyarət etdiyi görməli yerlərindən biridir.

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr