AZ

Tellur Mütəllimov Premyer Liqada 200-ə çatdı

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan “Sabah”ın müdafiəçisi Tellur Mütəllimov Premyer Liqada 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 13-cü turuna təsadüf edib.

Tellur “Kəpəz”lə oyunda sonradan meydana daxil olub. O, 2:2 hesabıyla başa çatmış bu qarşılaşmanın 85-ci dəqiqəsində Kahim Parrisi əvəzləyib.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb. Tellurun hesabında 10 məhsuldar ötürmə də var.

Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.

Tellur 2017-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 7 oyun keçirib.

Seçilən
25
17
arena.az

10Mənbələr