"Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir".
AzNews.az xəbər verir ki, məlumat Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.
"Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.