FSB, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyanın Mi-8MTPR-1 elektron döyüş helikopterinin qaçırılması əməliyyatının qarşısını aldığını bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə “İnterfaks” xüsusi xidmət orqanlarının bəyanatına istinadən xəbər verir.
FSB-nin məlumatına görə, Ukrayna kəşfiyyatçıları helikopteri Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə qaçırmaq üçün rus hərbi pilotunu cəlb etməyə cəhd ediblər.
“Əməliyyat oyunu zamanı Rusiya əks-kəşfiyyatı əməkdaşları Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hava hücumundan müdafiə vasitələrinin mövqelərini və yerlərini aşkar ediblər, sonradan onlar effektiv atəşə məruz qalıblar”, - FSB bildirib.
FSB başqa heç bir təfərrüat vermir.
Nigar