AZ

Serdar Ortaç və Mehmet Ali Erbil saxlanıldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin məşhur müğənnisi Serdar Ortaç və tanınmış teleaparıcısı Mehmet Ali Erbil saxlanılıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən qanunsuz qumar oyunlarına təşviq iddiası ilə bağlı aparılan istintaq çərçivəsində sosial media fenomenləri və bəzi tanınmış şəxslərin də daxil olduğu 20 şübhəlinin kimliyini müəyyən edib. Bundan sonra hərəkətə keçən əməliyyat qüvvələri müəyyən edilmiş ünvanlara basqın edib. Əməliyyat zamanı ümumilikdə S.Ortaç və M.A.Erbil də daxil olmaqla ümumilikdə 15 şübhəli şəxs saxlanılıb.
Polisin digər şübhəliləri yaxalamaq üçün başlatdığı əməliyyatlar davam edir.
Seçilən
31
oxu.az

1Mənbələr