AZ

COP for Hope: COP29 cəmiyyətin bütün nümayəndələri arasında ittifaqlar yaratmaq üçün məkandır - Məhəmməd Usrof

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz - Fələstin Gənclərinin İqlimDanışıqları Qrupunun rəhbəri Məhəmməd Usrofdur.

Məhəmməd Usrof Trend-ə açıqlamasında bildirib ki, COP29 cəmiyyətinbütün nümayəndələri arasında ittifaqın yaradıldığı məkandır.

"Söhbət Cənub və Şimalla, gənclərlə, yerli xalqlarla, həssasicmalardan olan müxtəlif mənşəli insanlarla və s. ilə ittifaqlarqurmaqdan gedir. Bu, onları təmsil etmək və ədaləti yerinə yetirməküçün bir məkandır. İnsan hüquqları olmadan ədalət ola bilməz, insanhüquqları olmadan iqlim ədaləti ola bilməz", - o bildirib.

Usrof qeyd edib ki, cəmiyyət insan hüquqlarının özününkonsepsiyasını və məsələsini müzakirə edib, aydınlaşdırmağa ehtiyacduyur.

"Düşünürəm ki, biz elə bir dünyada yaşayırıq ki, bir insanınsəhvi milyonlarla insana real zərər verə bilər. Və eyni zamanda,danışıqların bir mövzusu bir çox insana fayda verə bilər. Ona görədə bu danışıqlarda maraqlı olanlar çoxdur", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
13
2
az.trend.az

2Mənbələr