AZ

UNIDO: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə konsensusa nail olmaq üçün beynəlxalq ictimaiyyət birlikdə işləməlidir

Maliyyələşdirmə mövzusunu iqlim konfransı üçün prioritet etdiyinə görə Azərbaycana minnətdaram.

Demokrat.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru Zou Siyong (Zou Ciyong) bildirib.

"Uzun illərdir iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi məsələsini müzakirə etmişik. Lakin təəssüf ki, bu məsələdə hələ də böyük boşluq var. Baxışlar və maraqlar arasındakı fərqlərə baxmayaraq, beynəlxalq ictimaiyyət diplomatiyaya dəstək vermək, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə konsensusa nail olmaq üçün birlikdə işləməlidir.

Hesab edirəm ki, bu, xüsusilə həssas ölkələrin və əhali qruplarının dəyişən iqlimə uyğunlaşmasını təmin etmək məqsədi daşıyır. Bizim üçün problem bir və ya iki ölkə və ya icmada deyil. Əslində bu, bütün bəşəriyyətin problemidir. Ona görə də düşünürəm ki, hamımızda məsuliyyət hissi olmalıdır", - o bəyan edib.

"Hazırda iqlim maliyyələşdirilməsi təkcə ictimai rifaha deyil, həm də planetə xidmət edir. Başa düşmək lazımdır ki, əgər siz daha tez investisiya qoyursunuzsa, rəqabət üstünlüyü də əldə edəcəksiniz. Bunun həm də iqtisadiyyatınızın rəqabət qabiliyyəti ilə bağlılığı var. Bundan əlavə, biz həm də geri qalanları, xüsusilə də ən az inkişaf etmiş ölkələri dəstəkləməliyik. Onların maliyyə texnologiyalarına çıxışı yoxdur və bu baxımdan geridə qalırlar. Düşünürəm ki, onlar iqlim dəyişikliyinə daha çox həssasdır. Həmçinin ən az inkişaf etmiş ölkələrin də iqlim dəyişikliyinə uyğunlaşmasına və ya onların iqtisadiyyatının dayanıqlı transformasiyasına dəstək vermək lazımdır", - direktor əlavə edib.

Seçilən
27
demokrat.az

1Mənbələr