AZ

Kot-d'İvuar Respublikasının naziri: İqlim probleminin həlli ilə bağlı irəliləyiş olmalıdır

“COP29 çərçivəsində keçirilən görüşlər, mübadilələr qəbul edilmiş öhdəliklərin və yeni öhdəliklərin qiymətləndirilməsi üçün bir fürsətdir”.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29-un iştirakçısı, Kot-d'İvuar Respublikasının ətraf mühit, davamlı inkişaf və ekoloji keçid naziri Konan Jak Assahor deyib.

O qeyd edib ki, artıq iqlim probleminin həlli ilə bağlı irəliləyiş olmalıdır: “Biz COP29 Prezidentinin bəyanatlarını eşitdik və ümid edirik ki, beynəlxalq maliyyə institutları və mərkəzi banklar iqlimlə bağlı tədbirləri maliyyələşdirmək üçün öhdəlik götürəcəklər.

Mənim ölkəm həm quraqlıq, həm də sahilyanı ölkədir. Cənubda suyun səviyyəsinin qalxmasının təsirindən əziyyət çəkirik, şimalda quraqlıq var. Deməli, qlobal istiləşmənin təsirinə məruz qalan ölkəyik”.

Seçilən
18
ikisahil.az

1Mənbələr