AZ

Hansi Flik Lamin Yamal haqda pis xəbər verdi: “İnanmıram ki…”

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın ispaniyalı zədəli hücumçusu Lamin Yamalın vəziyyəti ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, alman mütəxəssisin cavabı futbolsevərlərin könlünü açmayıb:

“Mən Laminin beynəlxalq fasilədən sonra sıraya qayıdacağına əmin deyiləm. Biz ümid edirik ki, bu gün onun vəziyyəti ilə bağlı azacıq daha çox məlumat əldə edə bilərik, amma ortada hələ dəqiq bir xüsus yoxdur. Bunu bilən kimi sizi xəbərdar edəcəyik”, deyə hansi Flik bildirib.

Xatırladaq ki, Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka yığması ilə oyununda (1:0) zədələnib. Yeniyetmə futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. Yamalın futbola qayıdacağı tarix sual olaraq qalır.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 15 oyuna 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 66 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
25
2
arena.az

10Mənbələr