AZ

Putinlə Tramp arasında telefon danışığı olmayıb - "Bu, tamamilə yalan məlumatdır”

Prezident Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olmayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 11-də keçirdiyi brifinqdə deyib ki, “Vaşinqton Post”un noyabrın 7-də Putinlə Trampın Ukraynadakı müharibəni müzakirə etdikləri barədə məlumatı təmiz uydurmadır: "Heç bir söhbət olmadı. Bu, tamamilə yalan məlumatdır”.

Jurnalistlərin Rusiya prezidentinin ABŞ-ın seçilmiş prezidenti ilə hər hansı təmas planlaşdırıb-planlamaması ilə bağlı sualını cavablandıran Peskov “hələlik konkret planların olmadığını” deyib.

Bir gün əvvəl “The Washington Post” iddia etmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən həftənin cümə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Onlar Ukraynadakı müharibəni müzakirə ediblər.

Nəşr iddia edib ki, Tramp Putini Ukraynada vəziyyəti daha da gərginləşməmək üçün tədbirlər görməyə çağırıb və həmçinin ona “Vaşinqtonun Avropada əhəmiyyətli hərbi mövcudluğunu” xatırladıb.

Vladimir Putin noyabrın 7-də Valday Forumunda keçirdiyi mətbuat konfransında Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib və onu cəsarətli adam adlandırıb. Putin ABŞ-ın seçilmiş prezidenti ilə andiçmə mərasimindən əvvəl ona zəng etsə, onunla danışmağa hazır olub-olmadığı sualına da müsbət cavab verib.

Seçilən
20
50
turkustan.az

10Mənbələr