Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olunub.
Sfera.az xəbər verir ki, sərgidə şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri təqdim edilib.
Şirkətin təsisçisi Levent Özdemir layihələr haqqında məlumat verib.
Təqdimat zamanı "AZCHEMCO" şirkətinin direktoru Ruslan Akçurin və “Tusi Bohm” planetariumunun direktoru Famil Mustafa da iştirak edib.
L.Özdemir bildirib ki, bu layihə sayəsində Azərbaycandakı əkinə, ümumiyyətlə, yararlı olmayan sahərlərdən belə əkin üçün istifadə ediləcək.
Firuzə Əliyeva