1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.
Ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılıb.
Valeh Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərən briqada könüllülərdən təşkil edilib və Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.
1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu hərbi hissənin qüvvələri dağınıq şəkildə rayonu tərk etmişdi. (Qafqazinfo)
10Mənbələr
-
titul.azOrdumuzun ilk hərbi hissəsinin komandiri VƏFAT ETDİ - FOTO ( 12930589)
-
teleqraf.comEhtiyatda olan polkovnik-leytenant vəgat etdi ( 12930547)
-
referans.azOrdumuzun ilk hərbi hissəsinin komandiri VƏFAT ETDİ - FOTO ( 12929218)
-
cebheinfo.azEhtiyatda olan polkovnik-leytenant vəfat etdi ( 12926542)
-
modern.azEhtiyatda olan polkovnik-leytenant VƏFAT ETDİ ( 12925906)
-
news24.azOrdumuzun ilk hərbi hissəsinin komandiri VƏFAT ETDİ - FOTO ( 12924055)
-
demokrat.azAzərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri vəfat etdi ( 12917806)
-
tribunainfo.azAzərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri vəfat etdi (FOTO) ( 12913486)
-
referans.azAzərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri vəfat etdi ( 12913198)
-
viral.azOrdumuzun ilk hərbi hissəsinin komandiri vəfat ETDİ ( 12911875)