AZ

Artıq bundan əl çəkməliyik – Paşinyan

Bəzi ənənələrimiz bir dövlət kimi Ermənistanın varlığını inkar edir, bunlar dəyişdirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bir çox adət-ənənələrdən əl çəkməliyik, bunlar dövlətçiliyin yoxluğunda formalaşmış ənənələrdir. Bunlara görə, bizdə müstəqil dövlət və yerli idarəetmə olmalıdır. Bu məntiqdə olan çoxsaylı ənənələr var”, - ölkə başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr