AZ

Rusiyada yaşayan azərbaycanlılara BƏD XƏBƏR – Bu şəxslərin vətəndaşlığı ləğv ediləcək

Rusiya vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurunu başa çatdırmamış şəxslər 2024-cü il noyabrın 23-dən Rusiya vətəndaşı statusundan məhrum ediləcəklər.

KONKRET.az Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, “22 noyabr 2024-cü il tarixdə əvvəllər qüvvədə olan 31 may 2002-ci il tarixli federal qanuna uyğun olaraq Rusiya vətəndaşlığının verilməsi barədə qərarlar qəbul edilmiş şəxslərin Rusiya Federasiyasının vətəndaşlığına and içmə müddəti başa çatır. Rusiya Federasiyasının vətəndaşlığı 2024-cü il noyabrın 23-dən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar etibarsız olacaq”, – deyə məlumatda bildirilir.

Fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq alarkən ondan azad edilmiş şəxslərə şamil edilmir. /ajansaz

Seçilən
48
18
konkret.az

10Mənbələr