“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilmiş “İnter”lə səfər oyununu (1:1) şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən demişdim ki, gəlib mübarizəni A Seriyasında ən güclü heyətə malik komandaya qarşı aparmalıyıq. Güc, xasiyyət göstərmək, meydanın bütün sahələrində mübarizə aparmaq vacib idi.
Burada oynamağın necə çətin olduğunu bilirik və bu baxımdan mən məmnunam. Biz çox işləyirik və təkmilləşirik – əks halda öz meydanında “Milan”, “İnter” və “Yuventus”a uduzmamaq mümkün deyildi.
Uşaqlar özlərini ləyaqətlə göstərdilər, baxmayaraq ki, əlbəttə, keyfiyyət baxımından hər şey daha yaxşı ola bilərdi. Bu gün çoxlu səhvlər, çatışmazlıqlar da oldu”, deyə Konte vurğulayıb.
12 turdan sonra “Napoli” İtaliya A Seriyasının yarış cədəvlində 26 xalla zirvədə qərarlaşıb. “İnter” isə 25 xalla 2-ci yerdən “eşşkciklər”i daban-dabana təqib edir.