AZ

Eskalasiyanın beşinci mərhələsi: Husilər İsrailin Təl-Əvivdəki hərbi bazasını vurdu

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ölkənin mərkəzi hissəsindəki Yaffa (Təl-Əvivin ərəb bölgəsi) yaxınlığındakı İsrail hərbi bazasına hücum edib.

Publika.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edilməklə həyata keçirilib. Mərminin düşməsi nəticəsində bazada yanğın baş verib.

Sariya İsrail ərazisinə raket hücumunu bu dövlətlə qarşıdurmanın bir hissəsi kimi “eskalasiyanın beşinci mərhələsi” adlandırıb.

Husi sözçüsü əlavə edib ki, İsrail Fələstinə və Livana qarşı “təcavüzünü” dayandırana qədər "Ənsar Allah" hücumlarını davam etdirəcək.

Seçilən
9
14
publika.az

10Mənbələr