"MasterChef"də uğursuz qəza keçirən və üzü yanan Beyza yarışa qayıdıb.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, MasterChef Türkiyə tam sürətlə davam edir. Yarış zamanı üzü yanan və 12 gün xəstəxanada müalicə alan MasterChef Beyza yarışı davam etdirmək qərarına gəlib.
Uşakda çəkilən MasterChef bölümündə Beyza uğursuz qəza keçirib və üzünə qaynar yağ tökülüb. Yarış zamanı ilkin tibbi yardım göstərildikdən dərhal sonra Beyza xəstəxanaya aparılıb. 12 gün xəstəxanada qalan və MasterChef-ə qayıtmağa qərar verən Beyzanın sağlamlıq vəziyyətində yeni bir inkişaf olub. Beyzanın son vəziyyəti "Aramızda Kalmasın” verilişində paylaşılıb.
Açıqlamada "Ona çox yaxşı baxılır, müalicəsi çox az qalıb. Aldığım məlumata görə, kiçik çapıq qalıb. Bu da keçəcək" deyilib.