AZ

Serdar Ortaç da saxlanıldı

Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladıb.

İstintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil daxil olmaqla 15 nəfər saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən müğənni Serdar Ortaçın isə axtarışda olduğu bildirilirdi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Serdar Ortaç da saxlanılıb və məhkəməyə gətirilib.

Qeyd edək ki, onları 3 ildən 5 ilədək həbs cəzası və ya cərimələr gözləyir.

Seçilən
11
13
publika.az

10Mənbələr