AZ

İlham Əliyev Belarus Prezidenti ilə görüşüb

İlham

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb."Ulusum.az" xəbər verir ki, dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi.Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi.Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirildi.İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu.Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.

Diqqət Çəkənlər

Bakıda COP29-un açılış mərasimi başlayıb, sədrlik Azərbaycana verilib

İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb

Seçilən
6
27
ulusum.az

10Mənbələr