Ermənistan prezidenti Vaaqn Xaçaturyanın vəziyyəti dünən pisləşib, o, "Best Life” tibb mərkəzinə yerləşdirilib. Ermənistan prezidentinin aparatı isə xəbəri təkzib edir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bidlrilir ki, onun ürəyində problemlər var.
Səhiyyə naziri Anahit Avanesyan Xaçaturyana baş çəkib.
Xəbərə münasibət olaraq isə Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aqasi Marqaryandan bildirib ki, Vaaqn Xaçaturyanın xəstəxanaya köçürülməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
www.anews.az