Bəs rəqib ölkəmizə nə vaxt təşrif buyuracaq? Komandanın səfər planı necədi? Yığmamızın baş məşqçisi Fernando Santuşun dəvət etdiyi futbolçuların hamısı Azərbaycandadımı?
Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Estoniya millisi noyabrın 14-də birbaşa Qəbələyə gələcək. Onlar üçün istəkləri əsasında tribunadan 35 yer ayırmışıq. Böyük ehtimalla, ölkəmizdəki səfirliklərinin əməkdaşları da matçı stadiondan izləyəcək. Həmçinin rəqibin 4-5 media nümayəndəsi də Qəbələdə iş başında olacaq. Millimizə gəlincə, komanda bu gün axşam saatlarında çağrılan bütün futbolçularla birgə Qəbələdə olacaq".
Xatırladaq ki, C liqasının 1-ci qrupunda mübarizə aparan yığmamız 4-cü, yəni sonuncu, Estoniya isə üç xalla 3-cü pillədədi.
KƏNAN BAHADIR