AZ

Bakıda səfərdə olan Lukaşenko Qərbi tənqid etdi: "Vəziyyət getdikcə pisləşir"

Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.

“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib: “Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.

O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.

Seçilən
0
8
publika.az

9Mənbələr