Ermənistan prezidenti xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, “Sputnik Armeniya” ilə söhbətində Vaaqn Xaçaturyan kabinetini göstərib və səhərdən orada olduğunu bildirib.
Prezident qeyd edib ki, saat 8:30-dan işdə olub və hələ də öz kabinetindədir.
“Belə məlumatları kimin və nə üçün yaydığını başa düşmürəm. Əgər onların məqsədi özlərinə maraq yaratmaqdırsa, bunun başqa yolları da var. Bu şayiələrin müəllifləri yalnız ailəmi və dostlarımı narahat edirlər”, – deyə Xaçaturyan vurğulayıb.
*** 21:02
Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ArmLur.am” nəşri məlumat yayıb.
Məlumata görə, prezident Vaaqn Xaçaturyanın ürəyində problem yaranıb və o, dünən xəstəxanaya yerləşdirilib.
Saytın məlumatına görə, prezident “Best Life” tibb mərkəzinə köçürülüb. Onu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan ziyarət edib.