AZ

''Trabzonspor''da 4 futbolçu ''qara siyahı''ya düşdü

Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən, hələ də səfərdə qələbəsi olmayan və son 3 turdan xalsız ayrılan ''Trabzonspor''da baş məşqçi Şenol Günəş tərəfindən radikal qərarlar qəbul edilib.

Belə ki, təcrübəli mütəxəssisin qərarı ilə dörd futbolçu əsas komandadan kənarlaşdırılıb. Söhbət Enes Bardi, Mislav Orşiç, Stefano Densvil və Umut Bozokdan gedir. Bu futbolçular komandadan ayrı məşq edəcək. Onlara performanslarını artırmaq və üzərlərində çalışmaq üçün zaman verilib. Buna bənzər qərarların davam edəcəyi gözlənilir.

Trabzonda işıq üzü görən ''61 saat'' nəşrinin yazdığına görə növbəti addım pul cəzası olacaq. Ümidləri doğrultmayan futbolçuların maaşlarından kəsiləcək. Bunun detalları önümüzdəki günlərdə bəlli olacaq.

ƏLİ

Seçilən
26
football-plus.az

1Mənbələr