AZ

Səfir: “Ukrayna Azərbaycanla əlaqələri genişəndirəcək”

“Vəziyyətdən asılı olaraq, Ukrayna qaz nəqli məsələlərində Türkmənistan və Azərbaycanla əlaqələri genişləndirəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko deyib.

“Biz Rusiyadan qaz almırıq, ona görə də Ukrayna başqa ölkələrdən qaz almaq və bu qazı Avropaya nəql etmək istəyir. Ukraynanın bunun üçün böyük infrastrukturu var”, - deyə səfir qeyd edib.

O bəyan edib ki, Ukrayna ilə Türkmənistan arasında köhnə ticarət yolları işləmir, yeniləri isə əlavə xərc tələb edir.

Səfir əlavə edib ki, Ukrayna Gürcüstan və Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir. "Ukrayna Avropanın imkanlarından istifadə etmək istəyir", - diplomat əlavə edib.

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr