Bakı metrosunda yeni X-ray aparatları quraşıdırılıb.
Bu barədə Modern.az-a sərnişinlər məlumat veriblər.
Metronun 28 May stansiyasında qeydə alınan görüntülərdə yeni aparatların genişliyi ilə seçildiyini görmək mümkün olur. Sözügedən qurğuların sıxlığın aradan qaldırılması istiqamətində atılan addım olduğu bildirilir.
Qeyd edək ki, 28 May metrostansiyası Bakı metropoliteninin ən çox sərnişin qəbul edən stansiyalarından biri hesab olunur.
"Cebheinfo.az"