İngiltərə Premyer Liqasının hakimi Devid Kut işdən uzaqlaşdırılıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Buna səbəb hakimin yayıldığı videoda "Liverpul"u və klubun sabiq baş məşqçisi Yurgen Kloppu təhqir etməsi olub.
Qeyd olunur ki, bu məsələ daha dərindən araşdırılacaq.