AZ

Kasper Şmeyxel Rəşad Sadıqova çata bilər

Danimarka millisinin qapıçısı Kasper Şmeyxel yığmalardakı oyun sayına görə, Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqova çata bilər.

Futbolinfo.az saytının məlumatına görə, bunun üçün 38 yaşlı qolkiper daha iki matçda meydana çıxmalıdır.

Şmeyxel UEFA Millətlər Liqasında İspaniya və Serbiya ilə keçiriləcək görüşlərə çağırılıb. O, həmin matçlarda iştirak etsə, Danimarka millisindəki oyun sayını 111-ə yüksəldəcək və Rəşad Sadıqova çatacaq. Hazırda “Zirə”ni çalışdıran Sadıqovla yanaşı, sabiq futbolçular Andrey Şevçenko (Ukrayna), Qaret Beyl (Uels), Duşan Tadiç (Serbiya) və İqor Akinfeyev (Rusiya) də yığmalarında 111 matçda meydana çıxıblar.

Qeyd edək ki, Rəşad Sadıqov 2001-2017-ci illərdə Azərbaycan millisinin formasını geyinib.

Seçilən
19
futbolinfo.az

1Mənbələr