AZ

Fuad Muradov: "Bütün istiqamətlərdə Azərbaycanın özünün strateji hədəfləri var"

"COP29-a ev sahibliyi etmək Azərbaycanın böyük uğurudur. Dünyada BMT səviyyəsində bir neçə tədbir var ki, bundan sonra konkret istiqamətlər müəyyənləşir. Bu sammit də onlardan biridir".

Demokrat.az xəbər verir ki bunu Oxu.Az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O, bu istiqamətdə Azərbaycanın da öz gündəliyi olduğunu diqqətə çatdırıb:

"Bu, həm ekoloji layihələrə sərmayədir, həm də investisiyalardır. Yəni bütün istiqamətlərdə Azərbaycanın özünün strateji hədəfləri var. Məlum olduğu kimi, ətraf mühitə təsirin biri də şəhərlərin böyüməsi, yəni köç, miqrasiya məsələləridir. Bu baxımdan, dünyada olan miqrasiya məsələsi də bizdən də yan keçmir. Çünki Azərbaycan strateji yerdə yerləşir".

Seçilən
13
demokrat.az

1Mənbələr