AZ

Trampın Herakl sevdası

Donald Tramp əvvəllər özünü Qay Yuli Sezarın reinkarnasiyası bilərdi. Bu səbəbdən Konqreslə, Nensi Pelosi ilə "döyüşünü" 7-8 yanvar 2019-cu il tarixinə salmışdı. Sezar həmin tarixdə Rubikon çayını keçərək, Roma senatı ilə açiq davaya başlamışdı axı... Trampın Vaşinqton Kapitolisinə qayıdışı fərqli sşenari ilə, Heraklın 12 qəhrəmanlıq siyahisı ilə davam edəcək. Yəni, bu dəfə o, Heraklı təkrarlamaq, hətta ötmək istəyəcək. Seçkioncəsi Viskonsin ştatinda zibilyığan avtomobilə minməsi də Herakl nağılının performansıdır. Herakl Avqi tövlələrini təmizləmək istəyirdi. Trampın gözündə "Avqi tövlələri" real ünvandır. Demokratların Kapitolisi, Senatdaki irsidir.İqlim dəyişkənliyi ilə bağlı demokratların 125 qanun maddəsidir. Vaxtilə Trampın ləğv etdiyi bu qanunları Bayden bərpa etmişdı.Paris iqlim sazişinə qayıtmışdı.İndi bu "Avqi tövlələri"ni Tramp təmizləmək istəyir. Vaşinqton isə çoxdan qədim Roma dekorasiyalarında yaşayır. Roma yunan miflərinı səhnələşdirir.Tramp bu mifləri canlandıran növbəti Herakldır bəlkə?Hər halda bu dəfə o Heraklın 12 qəhrəmanlığını, o cümlədən Avqi tövlələri əfsanəsini canlandırmaq istəyir.İqlim dəyişkənliyi ilə bağli125 qanun maddəsi dövlət düyməsi ilə silinə bilər.Bakı İqlim sammiti bu cür çətin şəraitdə baş tutdu.Qorxmayaq.Trampla siyasi alverə başlasaq, xərcləcəyimiz bax bu COP29 mövzusu, maddələri ola bilər.Kədərlənməyək.Herakla kömək edək.İrəlidə bu əfsanənin hələ 11 seriyası var.

Seçilən
23
anspress.com

1Mənbələr