Portuqaliya millisinin sabiq futbolçusu Huqo Almeyda İranın "Sepahan" komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Daha əvvəl İsfahan təmsilçisində köməkçi məşqçi kimi çalışan 40 yaşlı veteran hücumçu daha sonra müvəqqəti olaraq klubun baş məşqçisi olub.
Qeyd edək, Huqo Almeyda futbolçu karyerası ərzində ölkəsində "Portu", Almaniyada "Verder", "Hannover" və Türkiyədə "Beşiktaş" kimi tanınmış komandaların formasını geyinib. O, Portuqaliya millisinin heyətində 57 oyunda 19 qolla yadda qalıb.