AZ

Saymon Stil: İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir, COP29-da görməli çox işlərimiz var

İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir.


APA-nın xəbərinə görə, bunu COP29 çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və “Lancet Countdown” təşkilatının iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.


O, təmiz enerji və bu sahədə infrastruktura 2 trilyon dollar sərmayə qoyulacağını proqnozlaşdırdıqlarını bildirib:

“İqlim sərmayəsi milyonlarla insanın həyatını yaxşılaşdırmaq üçün ən münasib sahələrə yönəldilməlidir. İqlim böhranı həyat xərclərini artırır. İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir. Daha cəsarətli tədbirlər görməliyik. COP29-da görməli çox işlərimiz var”.

Seçilən
31
2
apa.az

3Mənbələr