Avropa İttifaqı (Aİ) indiyədək Ukraynaya 44 milyard avro hərbi yardım edib və dəstəyini artırmağı planlaşdırır.
“Poliqon” xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
O bildirib ki, Ukraynanın müdafiəsinə kömək etmək üçün ən təsirli addımlardan biri müdafiə sənayesinə sərmayə qoymaqdır.
“Avropa İttifaqının nümayəndə heyətinə Ukraynanın hazırda 11 milyard dollar dəyərində olan pilotsuz uçuş aparatlarının istehsalı imkanlarından danışdım. Buna öz gücümüzlə təxminən 3 milyard dollar sərmayə qoya bilərik, lakin potensialımızın maksimum inkişafı üçün bizə tərəfdaşların maliyyə dəstəyi lazımdır”, – deyə Ukraynanın müdafiə naziri qeyd edib.