AZ

Əliyeva və Ərdoğanın layihəsi: birgə pavilyon açılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” və birinci xanım Mehriban Əliyevanın sədri olduğu Heydər Əliyev Fondu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP 29) birgə pavilyon açacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Həmrəylik Mərkəzi” adlandırılacaq birgə pavilyon COP29-un ictimaiyyətə açıq Yaşıl Zonasında yaradılacaq və onu həm konfrans iştirakçıları, həm də özəl sektor və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ziyarət edə biləcəklər.

“Sıfır tullantı layihəsi” pavilyonda tullantıların idarə edilməsi və təkrar emalı, ətraf mühiti maarifləndirmə proqramları və innovativ həllər sahələrindəki layihələrini təqdim edəcək.

Heydər Əliyev Fondu isə təhsil, səhiyyə, sosial və mədəniyyət sahəsindəki layihələrini, ətraf mühitin mühafizəsi təşəbbüsləri ilə bağlı fəaliyyətini ictimaiyyətlə bölüşəcək.

Pavilyonda hər iki qurumun layihələri ilə bağlı interaktiv sahə də yaradılacaq.

Seçilən
14
5
nocomment.az

10Mənbələr