Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.