AZ

“Cananın atası kömək etmir” – Aygün Bəylərin bacısı

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Cananla bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb. O bildirib ki, atası Canana kömək etmir:

“Cananın atası kömək etmir. Çünki yazıq kasıb adamdır, orada ailəsi var. Yenə də atasıdır. İkinci nikahından uşaqları var. Qızı öz yanına aparmağa cəhd etmədi. Amma özü, uşaqları, bacısı baş sağlığı verdi. Cananın bibisi öz övladları ilə gəlib ziyarət etdilər. O da Avropada qalır, gəlib-gedirlər. Mənimlə əlaqə saxlayırlar, lakin cürət edib uşaqla danışmırlar. Anası sağıydı, özü gəlib-gedirdi, münasibət var idi. Pul göndərmir. Yəni ki, elə vəziyyətdə deyil. Cananın nəyəsə ehtiyacı yoxdur. Gözəl məktəbi var, Allah dsətək olan insanlara  can sağlığı versin. Rəhmətliyin vəsiyyəti o idi, Yeni ildə mənimlə danışdı. Dedi ki, buradan o yana qayıdası deyiləm, uşağıma savad verin. Evi var, çöldə deyil, xalasıgildə qalır. Suraxanıda bizimlə qalır. Aygünün evini kirayəyəy  verməmişik, ehtiyac yoxdur. Canana hesab açmışıq, özümüz edəcəyik. Dekabrın 5-i 15 yaşı olacaq”.

Seçilən
6
12
editor.az

10Mənbələr