AZ

Çini məscidləri bağlamaqda və dağıtmaqda günahlandırırlar

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı bəyan edib ki, Çin hakimiyyəti ölkənin şimalındakı məscidləri sistematik olaraq bağlayır və ya dağıdır.Bəyanatda deyilir ki, bu, Pekinin etnik azlıqların və dini qrupların yaşadığı ərazidə apardığı “çinləşdirmə” siyasətinin bir hissəsdir.HRW bildirir ki, Ninsya-Huey və Qansu vilayətlərində son illərdə bir çox məscidlər ya bağlanıb, ya dağıdılıb, ya da “dünyəvi istifadə” üçün müxtəlif qurumlara verilib.Təşkilatın Çin şöbəsinin direktoru Mayya Vonq bunu insanların dini ibadət hüquqlarının pozulması və ölkədə ümumən İslamın sıxışdırılması kimi qiymətləndirib.  Gununsesi.info

Seçilən
51
gununsesi.info

1Mənbələr