AZ

Azərbaycanlı hakimə beynəlxalq təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV Kubokuna təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, həmyerlimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.


Seçilən
9
9
sportnet.az

10Mənbələr