AZ

"Taliban" BMT-yə qoşulmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanda hakim "Taliban" hərəkatı Birləşmiş Millətlər Təşkilatına (BMT) qoşulmaq üçün müraciət edib.
Oxu.Az-ın "Tolo news" telekanalına istinadla verdiyi məlumata görə, bu barədə Əfqanıstanın xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzay bəyan edib.
O, "Taliban"ın bütün ölkələrlə müsbət münasibətlərə can atdığını deyib.
"İslam Əmirliyi bütün ölkələrlə istənilən məsələdə əməkdaşlığa hazırdır", - deyə nazir müavini bildirib.
O, həmçinin xalqın problemlərini dilə gətirməsi və çətinliklərə son qoyması üçün Əfqanıstanın istər BMT-də, istərsə də hər hansı başqa təşkilatda öz yerini tutacağına ümidini ifadə edib.
Şer Məhəmməd Abbas Stanikzay, həmçinin əlavə edib ki, hazırkı hökumətin heç bir ölkə ilə problemi yoxdur.
"İslam Əmirliyi dünya ilə, həmçinin Rusiya, Çin və ABŞ kimi dövlətlərlə dostluq münasibətləri qurmaq istəyir", - deyən nazir müavini Əfqanıstanın heç kimlə münaqişədə və ya qarşıdurmada olmaq istəmədiyini vurğulayıb.
Seçilən
47
8
oxu.az

9Mənbələr